Uşaqda telefon asılılığı varsa, valideyn nə etməlidir? - VACİB MƏQAMLAR - ednews.net

24 Mart, Cümə

(+994 50) 229-39-11

Uşaqda telefon asılılığı varsa, valideyn nə etməlidir? - VACİB MƏQAMLAR

Cəmiyyət A- A A+

Son zamanlarda valideynləri narahat edən problemlərdən biri də övladlarının telefondan asılı olmasıdır. Demək olar ki, müasir nəslin nümayəndələri günlərinin çox hissəsini telefonda keçirərək, ondan asılı vəziyyətə düşürlər. Belə olan halda onların real aləmdən təcrid olunurlar.

Bəs, valideynlər bunun qarşısını necə ala bilər? Nə üçün uşaqlar bu qədər telefondan asılıdır? 

Məsələ ilə bağlı Ednews - a danışan pisixoloq Günlar Orucova qeyd edib ki, bu vəziyyətdə əsas məsuliyyət valideynlərin üzərinə düşür.  

“Uşaqlar əsasən valideynə baxır və ondan nümunə götürür. Bir çox valideylər telefonla çox zaman keçirir, bu da uşağa qarşı diqqətsizliyə gətirib çıxarır. Uşaq diqqətdən, qayğıdan, əyləncədən uzaq olduqda telefona daha çox meylsalır. Günümüzdə təəssüf ki, bir çox valideyn elə bilir ki, övladına bahalı telefonlar alaraq, onu daha xoşbəxt etdiyini düşünür. Lakin bu belə deyil, azyaşlıya ana-ata diqqəti daha vacibdir”.

Psixoloq həmçinin bildirib ki, valideynin övladına ayırdığı zaman azyaşlını xoşbəxt edir.

“Əgər valideyn övladı ilə 2 dəqiqə xoş gün keçmirmirsə,  günahı uşaqda görmək lazım deyil. Valideyn mütləq şəkildə onunla birlikdə vaxt keçirməli, bir yerdə dərnəklərdə iştirak etməlidir. Övladını rəsmə, idmana nəyə marağı varsa,  o səhəyə yönləndirməlidir. 

Bu zaman azyaşlının ən əsası ünsiyyəti, ictimai aktivliyi artacaq.  O, sosiallaşdıqca həm daha yaxşı inkişaf edəcək, həm də telefona olan asılılığından qurtulacaq”.

Kazımlı Rübabə



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...