Sakinlərin Talış kəndində İLK SƏHƏRİ - FOTOLAR - ednews.net

22 Mart, Çərşənbə

(+994 50) 229-39-11

Sakinlərin Talış kəndində İLK SƏHƏRİ - FOTOLAR

Cəmiyyət A- A A+
Xəbər verdiyimiz kimi, Böyük Qayıdış proqramı çərçivəsində martın 16-da Tərtər rayonunun Talış kəndinə ilkin mərhələdə 20 məcburi köçkün ailəsi köçürülüb. 
 
Ednews xəbər verir ki , Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda, əsasən ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan 20 ailə (90 nəfər) Novruz bayramı ərəfəsində öz dədə-baba yurdlarına köçürülüblər.
 
Kəndə köçürülən sakinlər hazırda yeni evlərinə yerləşdiriliblər. 
 
Qeyd edək ki, Azərbaycan hökuməti Talış kəndində ilk mərhələ üzrə bərpa və quruculuq işlərini yekunlaşdırıb. “Azəriqaz” İstehsalat Birliyi kəndə 11,1 kilometr uzunluğunda yeraltı polietilen qaz xətti çəkib. Həmçinin Talış kəndinə köçəcək sakinlərlə görüşdə evlərin püşkatma mərasimi keçirilib. Görüşdə, həmçinin əhalinin məşğulluğuna dair işəgötürən və işəgötürülənlər arasında müqavilələr bağlanılıb.
 
Talış kəndinə qayıdışın ilk səhərindən fotoları təqdim edirik.
 
Oğuz 
 
1

1

1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...