2022-ci ildə neçə uşaq övladlığa VERİLİB?

Cəmiyyət 17:40 30.03.2023
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəti kollegiya iclası keçirilib. 
 
Bu barədə Ednews-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, keçirilən növbəti kollegiya iclasında şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramının bu il də uğurla davam etdirildiyi vurğulanıb. 
 
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə bağlı geniş miqyaslı sosial dəstək tədbirlərinin həyata keçirildiyini, bu tədbirlərin əhatə dairəsinin yeni layihələrlə getdikcə genişlənməkdə olduğunu bildirib. 
 
Qeyd olunub ki, Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra həmin insanların mənzillə təminatı proqramı beş dəfə genişlənib. Onlara postmüharibə dövründə 4500, keçən il 1500, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev təqdim edilib.
 
Cənab Prezidentin göstərişinə əsasən bu il də şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə azı 1500 mənzil və fərdi evin verilməsi təmin olunacaq. Yaxın günlərdə həmin mənzil və fərdi evlərin verilməsinə başlanacaq. 
 
Nazirlik tərəfindən ms.sosial.gov.az portalı üzərindən onlayn satışı həyata keçirilən 1662 mənzildən artıq bir hissəsi onları ilk bron etmiş şəxslərə satılıb. Hazırda portal üzərindən mənzillərin bron edilməsi və bron etmiş şəxslərə mənzillərin satışı davam edir.
 
Bu satışdan əldə olunan vəsait də bölgələrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatına sərf olunacaq. 
 
Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən son bir ildə 6,6 minədək şəxsin səyyar formada sosial-məişət, 400 şəxsin sosial-hüquqi xidmətlərlə təmin edildiyi diqqətə çatdırılıb. 
 
Sosial xidmət müəssisələrində ötən il 3 mindən, bu il 2300-dən çox şəxsə, həmçinin qurumun layihələri üzrə 4 minə yaxın uşağa reabilitasiya yönümlü sosial xidmətlər, 120 ahıla günərzi xidmətlər göstərildiyi qeyd olunub.
 
Həssas qruplar üçün keçən il və bu il daha 3 günərzi qayğı mərkəzinin açıldığı, qarşıdakı dövrdə günərzi qayğı mərkəzləri şəbəkəsinin daha da genişləndiriləcəyi vurğulanıb. 
 
2022-ci ildə və bu ilin ötən dövründə 242 uşağın övladlığa verildiyi, cari ildə himayədar ailə modelinin tətbiqinə başlanmasının nəzərdə tutulduğu bildirilib. 
 
Nazirliyin tabeliyindəki Sosial Dəstək Mərkəzi tərəfindən görülən işlər, övladlarını dövlət uşaq müəssisələrinə yerləşdirmiş ailələrlə bağlı aparılan reinteqrasiya tədbirləri diqqətə çatdırılıb.
 
Dövlət uşaq müəssisələri məzunlarının şəxsi inkişafına, şəhid ailələrinin üzvlərinin, həssas qruplardan olan uşaqların ehtiyac duyduqları sosial-psixoloji dəstəklə təminatı və s. ilə bağlı Mərkəzin layihələrindən bəhs olunub. 
 
Sosial sahədə islahatların reallaşdırılması, sosial müdafiə sisteminin gücləndirilməsi, müvafiq sahələr üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi üçün yeni normativ hüquqi aktların layihələrinin hazırlanması işləri diqqətə çatdırılıb.
 
Nazirlik tərəfindən 2022-ci ildə daha 526, bu il 109, ümumən 2018-2023-ci illərdə 2 minə yaxın normativ hüquqi akt layihəsi hazırlandığı bildirilib. 
 
Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın təhlil və tədqiqat işləri, təlimlərin idarəedilməsi üzrə e-sistemin qurulması, Observatoriyanın ixtisaslaşdırılmış təlim mərkəzi kimi fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində işlər diqqətə çatdırılıb. 
 
İclasda həssas əhali qruplarının sosial müdafiəsi və sosial xidmətlərlə əhatə olunması, Milli Observatoriya tərəfindən görülmüş işlər, övladlığagötürmə, beynəlxalq və ictimaiyyətlə əlaqələr və s. sahələrdə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
Hamısı