Bakıda 1239 qəzalı bina sökülüb - RƏSMİ

Cəmiyyət 21:59 01.04.2023

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat strukturlarının rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müşavirə keçirilib. Toplantıda yaz-yay mövsümünün başlanmasına hazırlıqla bağlı bir sıra məsələlər müzakirə olunub. 

Ednews xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb. 

Bildirilib ki, şəhər parklarının və istirahət guşələrinin abadlaşdırılması və parklarda cari təmirlə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. Eyni zamanda, qış mövsümündə zədələnmiş qazon örtüyünün landşaft dizaynı, bərpası və yenilənməsi, yeni gül və bitkilərin əkilməsi işlərinin aparılmasının vacibliyi vurğulanıb. 
Müşavirədə bəzi respublika təşkilatlarının və icra hakimiyyətinin müvafiq strukturlarının işi sərt şəkildə tənqid edilib. Belə ki, Mədəniyyət Nazirliyi tərəfindən bir sıra orijinal tikililər səhvən tarixi irs siyahısına daxil edilmədiyindən onlar sökülmək təhlükəsi ilə üzləşib.

Yalnız Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın müdaxiləsindən sonra bir çox memarlıq binaları xilas edilib. 

Nazirlik tərəfindən memarlıq binalarının yeni inventarlaşdırılmasına başlanıldığı və bu proses müsbət istiqamətdə inkişaf etdiyi üçün rayon icra hakimiyyətlərinə bu işə qoşulmaq tapşırılıb, bu istiqamətdə nəzarətin gücləndirilməsi üçün konkret tədbirlər müəyyən edilib.

Paytaxt rayonlarının icra hakimiyyətlərinə tapşırılıb ki, Memarlar İttifaqı və digər təşkilatlarla razılaşdırmaqla mədəni-tarixi dəyəri olan memarlıq tikililərinin tam siyahısını qısa müddətdə müəyyənləşdirib Mədəniyyət Nazirliyinə təqdim etsinlər.

Görüşdə paytaxt sakinləri üçün son dərəcə aktual olan qəzalı vəziyyətdə olan binaların problemi qaldırılıb.  

Bildirilib ki, qəzalı binaların əksəriyyəti sovetlər dövründə tikilib və onların istismar müddəti başa çatıb. Söhbət əsasən “Xruşşovka” adlandırılan beş mərtəbəli binalardan, yataqxanalar və digər tikililərdən gedir və onların siyahısı daim yenilənir.  

Xüsusilə qeyd olunub ki, ölkə rəhbərliyinin səyləri nəticəsində son 5 ildə Bakıda 1239 qəzalı bina sökülüb, on minlərlə insan yeni mənzillərə köçürülüb və ya müvafiq kompensasiya alıb. Hazırda bu istiqamətdə işlər davam edir və Nazirlər Kabinetinin nəzarətindədir.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələrinə paytaxtın mənzil fondunun vəziyyətinə nəzarəti gücləndirmək tapşırılıb. 

Həmçinin, yazın gəlişi ilə əlaqədar “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə Bakıda iməciliyin keçirilməsi qərara alınıb. Bakı Şəhər İcra Hakimiyyəti idarə və müəssisə kollektivlərinə, sahibkarlara, paytaxt sakinləri və şəhərimizin qonaqlarına müraciət edərək onları iməclikdə fəal iştirak etməyə çağırıb. 

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Pentaqon PUA-lar istehsalı sahəsində Rusiya və Çinə çatmaq istəyir
23:15 10.07.2025
Fransa sahillərində uperyaxta yanıb
22:46 10.07.2025
"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
Hamısı