Türkiyənin Naxçıvandakı konsulluğunda səsvermə keçirilir - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Türkiyənin Naxçıvandakı konsulluğunda səsvermə keçirilir

Cəmiyyət A- A A+
Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri üçün ölkənin Azərbaycanda yaşayan və işləyən vətəndaşlarının səs verməsi başlayıb. 
 
Ednews  xəbər verir ki, qardaş ölkənin muxtar respublikada yerləşən konsulluğunda seçkilərin birinci mərhələsi üçün səsvermə hüququna malik Türkiyə vətəndaşları artıq səs verməyə başlayıb. 
 
İlk olaraq, Türkiyənin Naxçıvanda olan Baş konsulu Asip Kaya səs verib. Birinci mərhələdə səsvermə mayın 8-dək davam edəcək. 
 
Seçkilər ikinci mərhələyə qalarsa, bu mərhələ üçün səsvermə isə 20-22 may tarixlərində keçiriləcək. 
 
Qeyd edək ki, səsvermə Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulluğunda (Heydər Əliyev küçəsi 17) keçiriləcək. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...