Növbədənkənar prezident seçkiləri işğaldan azad olunmuş ərazilərdə yüksək seçici fəallığı ilə müşahidə olunub.
Ednews xəbər verir ki, MSK Katibliyinin İnformasiya Mərkəzinin saat 12:00-a olan məlumatına görə, həmin ərazilərdə seçicilərin 50 faizindən çoxu səsvermədə iştirak edib.
Belə ki, 120 saylı Cəbrayıl -Qubadlı seçki dairəsində seçicilərin 54.67 faizi, 121 saylı Laçın seçki dairəsində seçicilərin 51.2 faizi, 122 saylı Xankəndi seçki dairəsində isə seçicilərin 50.56 faizi səs verib.