Ukrayna prezidenti Volodimir Zelenski dünən ölkənin şimalındakı Xarkovun Kupyansk bölgəsində ukraynalı əsgərlərə baş çəkib.
Ednews xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.
Əsgərlərlə görüşən prezidentin sözlərinə görə, cəbhə xəttinin müxtəlif yerlərində vəziyyət son dərəcə ağırdır:
"Onlar (Rusiya - red.) Ukraynaya yardımın gecikməsindən istifadə edirlər. Artilleriya çatışmazlığı var. Cəbhədə hava hücumundan müdafiəyə və silahlarımızın daha uzun məsafəyə malik olmasına ehtiyac var. Biz dəstəyi davam etdirmək və genişləndirmək üçün tərəfdaşlarımızla mümkün qədər çox çalışırıq".