Bakıda Ziya Bünyadov prospekti istiqamətində baş verən qəza sıxlığa səbəb olub.
Bu barədə Ednews-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.
Qəza səbəbindən qeyd olunan prospektdə sıxlıq yaranıb. Sürücülərin rahat hərəkətini təmin etmək üçün tədbirlər görülür.