ABŞ Prezidenti Donald Tramp "Böyük Yeddilik Qrupu"nun (G7) İran və İsraillə bağlı bəyanatını imzalamaqdan imtina edib.
“EDnews” xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat verib.
Kanadada keçirilən G7 sammitinin layihə bəyanatında bildirilir ki, İran heç vaxt nüvə silahı əldə etməməlidir və İsrail özünümüdafiə hüququna malikdir.
Bəyanat, həmçinin regional sabitlik naminə eskalasiyaya son qoymağa çağırır və G7-nin enerji bazarlarında sabitliyi təmin etmək üçün işləməyə hazır olduğunu ifadə edir.