Mətbuat Şurasında jurnalist İlqar Əlfioğlunun 70 illik yubileyi ilə bağlı toplantı keçirilib

Cəmiyyət 18:45 11.04.2025

Azərbaycan Mətbuat Şurasında jurnalist İlqar Əlfioğlunun 70 illik yubileyi ilə bağlı toplantı keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, hazırda APA agentliyinin jurnalist məktəbində telejurnalistika kursunun təlimçisi kimi fəaliyyət göstərən İ.Əlfioğlu adını ölkəmizin müasir media tarixinə yazdırmağı bacarıb. Bu bacarıq özündə geniş yaradıcılıq diapazonunu birləşdirməklə nümunəvi xarakter daşıyır. 

R.Məcid bildirib ki, İ.Əlfioğlu 1978-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirdikdən sonra təyinatını Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə alaraq, burada kiçik redaktor və redaktor kimi fəaliyyət göstərib. 1986-cı ildə televiziyanın Teletamaşa şöbəsinə rəhbər təyin edilib, “Ordan-burdan”, “Sən həmişə mənimləsən”, “Yaşıl əjdəha” və digər məşhur teletamaşaların redaktoru olub. Yubilyarın müəllifi və aparıcısı olduğu “Dalğa” proqramı (1987-1991-ci illərdə), eyni zamanda “Aktual ekran” verilişi həm cəmiyyətdə populyarlıq qazanıb, həm də Azərbaycanda ilk müəllif verilişlərindən biri kimi televiziya tariximizə düşüb. 

R.Məcid Azərbaycan dilinin incəliklərinə bələd olan, özünəməxsus üslubu ilə seçilən İ.Əlfioğlunun yaradıcılığında telejurnalistika ilə yanaşı, mətbu fəaliyyətin də xüsusi yer tutduğunu bildirib. Şura sədri jurnalistin 1000-ə yaxın siyasi-publisistik yazısının işıq üzü gördüyünü deyib. Yubilyar “Rakurs” qəzetlər qrupunu təsis edib, Azərbaycanda çoxtirajlı “Avrotitet” qəzetinin baş redaktoru olub. 

MŞ sədri, həmçinin, İ.Əlfioğlunun 2001-ci ildə ABA televiziya şirkətində siyasi-publisistik proqramlara, o cümlədən, “Alo, eşidirik” adlı ilk interaktiv tok-şousuna aparıcılıq etdiyini, sonra “Qafqaz” Media Evində türkdilli ölkələr üçün telejurnalist kadrları hazırlayan Tədris Mərkəzinin direktoru işlədiyini, CNN-türk telekanalında təlim görən jurnalistlərə rəhbərlik etdiyini vurğulayıb. 

MŞ sədri onu da bildirib ki, 2004-cü ildən Azəri Press Agentliyi ilə əməkdaşlığa başlamış İ.Əlfioğlu APA TV-nin formalaşmasına töhfə verib, kanalın Yaradıcılıq Şurasının sədri olub, ardınca Nazirlər Kabineti yanında Azərbaycan Dövlət Tərcümə Mərkəzində çalışıb. Yubilyar qələm sahibinin iki romanı, povest və hekayələr toplusu çapdan çıxıb. Dünya ədəbiyyatından yüzə yaxın müəllifin əsərlərini dilimizə çevirib, tərcümələri 150 cildlik “Dünya ədəbiyyatı inciləri” silsiləsində, bir neçə kitabı isə İranda fars əlifbası ilə Azərbaycan dilində nəşr olunub. 

R.Məcid İ.Əlfioğlunun fəaliyyətini, peşəyə yanaşmasındakı yenilikçilik ruhunu jurnalistikanın inkişafına xidmət nümunəsi kimi dəyərləndirib, ona Mətbuat Şurasının diplomunu təqdim edib. 

Toplantıda çıxış edən MŞ İdarə Heyətinin üzvü, APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı bildirib ki, İlqar Əlifoğlu Azərbaycan jurnalistikası, bütövlükdə media cameəsi üçün sərvətdir, fəaliyyəti örnək səciyyə daşıyan məktəbdir. Bu məktəbdə peşəyə rəğbət, ən mürəkkəb vəziyyətlərdə belə həyat yoluna sadiqlik, təlatümlərdən çıxaraq şəxsiyyətini qoruma əzmi, vicdanlı yanaşma, diqqət, qayğı və həssaslıq var. V.Mahirqızı İ.Əlfioğlunun hazırda bilik və bacarığını, zəngin təcrübəsini APA-nın jurnalist məktəbində tədris etdiyini vurğulayaraq, onun daim əməksevərliyi ilə seçildiyini bildirib, vaxtilə yubilyarla birgə çalışdığı illərin xatirələrini bölüşüb. 

MŞ İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunu rəhbəri Umud Rəhimoğlu İ.Əlfioğlununun parlaq istedadının, zəka və bacarığının yaradıcılıq məhsulu olan “Dalğa” proqramının Azərbaycanın televiziya tarixində müstəsna missiya daşıdığını, dövrün bütün klişelərini aşaraq əsl yaradıcılıq üsyanı kimi populyarlaşdığını deyib. U.Rəhimoğlu diqqəti yubilyarın keçdiyi yolun gənc nəsil tərəfindən öyrənilməsinin vacibliyinə yönəldib. 

Toplantıda çıxış edənlərdən MŞ-nin Nəzarət-Təftiş Komissiyasının sədri Rey Kərimoğlu, Şuranın Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı, “APA Media Group”un baş redaktoru Nurşən Quliyev, TNS İnformasiya Agentliyinin baş redaktoru Gülşən Hacıyeva, naşir, şair və publisist Elman Eldaroğlu və başqaları İ.Əlfioğlunu jurnalistikanın ölkəmizin yaradıcılıq mühitinə qazandırdığı çoxşaxəli fəaliyyət dəst-xəttinə malik obraz, istedad sahibi kimi xarakterizə edib, yubilyarla bağlı xatirələrini bölüşüb, təbriklərini çatdırıblar.

Sonda çıxış edən İ.Əlfioğlu fəaliyyətinə verilən yüksək dəyərə və xoş sözlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
Hamısı