Veteranlara ödənilən aylıq vəsaitlərin artırılıb-artırılmayacağı ilə bağlı cəmiyyətdə müzakirələr davam edir.
Hərbi ekspert Üzeyir Cəfərov EDnews-a açıqlamasında yaxın dövrdə sözügedən vəsaitlərdə artım gözlənilmədiyini bildirib.
Onun sözlərinə görə, 2026 və 2027-ci illər üzrə veteran ödənişlərinin artırılması ilə bağlı hər hansı qərar və ya gözlənti yoxdur.
Ekspert qeyd edib ki, hazırkı mərhələdə bu istiqamətdə dəyişikliklərin olacağı barədə danışmaq düzgün olmaz:
“Yaxın iki il ərzində veteran ödənişlərində artım gözlənilmir. Bu məsələdə rəsmi qərarlar əsas götürülməlidir”, – deyə o bildirib.
Qeyd edək ki, sosial ödənişlərlə bağlı yekun qərarlar aidiyyəti dövlət qurumları tərəfindən qəbul edilir və dəyişikliklər rəsmi qaydada açıqlanır.







