Vəkil Fərid Həsənov Bakı İstintaq Təcridxanasında "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyeva ilə görüşüb.
EDnews xəbər verir ki, bunu Ölkə.az-a açıqlamasında müdafiəçi özü deyib.
Onun sözlərinə görə, İ.Hacıyeva özünü yaxşı hiss edir, səhhətində heç bir problem yoxdur. Tiktoker kamerada bir neçə nəfərlə birlikdə saxlanılır: "Saxlanma şəraiti yaxşıdır, heç bir şikayəti yoxdur. Eyni zamanda özünə olan münasibətdən də narazı deyil".







