Ötən ay Venesuelanın şimalında baş verən güclü zəlzələlər nəticəsində həyatını itirənlərin sayı 2 954 nəfərə, yaralananların sayı isə 16 592 nəfərə çatıb.
EDnews xəbər verir ki, ölkənin Rabitə və İnformasiya Nazirliyinin yaydığı məlumata görə, indiyədək 6 462 nəfər dağıntılar altından xilas edilib.
Təbii fəlakət nəticəsində 856 bina zərər görüb, onlardan 190-ı tamamilə dağılıb.
Hazırda zəlzələ bölgəsində 3 281 beynəlxalq xilasedici fəaliyyət göstərir. Venesuela hökuməti isə axtarış-xilasetmə, humanitar yardım və bərpa işlərinə 29 567 əməkdaş cəlb edib.
Nazirlik bildirib ki, xilasedici qruplar əhalinin təhlükəsizliyinin təmin edilməsi və bərpa prosesinin sürətləndirilməsi məqsədilə ən çox zərər çəkmiş ərazilərdə fəaliyyətlərini davam etdirirlər.
ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına əsasən, iyunun 24-də Venesuelada 39 saniyə fasilə ilə 7,2 və 7,5 bal gücündə iki zəlzələ qeydə alınıb.
Rəsmi məlumata görə, indiyədək 942 afterşok qeydə alınıb.







