Çin modifikasiya edilmiş “Uzun yürüş-6” daşıyıcı raketi ilə orbitə 13 peyk göndərib.
EDnews xəbər verir ki, raket Pekin vaxtı ilə saat 17:30-da Şensi əyalətindəki Tayyuan buraxılış məntəqəsindən buraxılıb. Raket peykləri planlaşdırılan orbitə çatdırıb. Peyklər Çinin aşağıorbitli meqakommersiya rabitə peyk şəbəkəsinin (Spacesail Constellation) tərkib hissəsi kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, bu, “Uzun yürüş” seriyasından 655-ci raket buraxılışı olub.







