Milli üzvü 11 dəqiqə oynadı, komandası xal itirdi | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


Milli üzvü 11 dəqiqə oynadı, komandası xal itirdi

İdman A- A A+
Futbol üzrə Almaniya III Bundesliqasında 14-cü turun oyunları keçirilib.  
 
Eurasia Diary xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” də növbəti matçına çıxıb. 
 
Sözügedən komanda doğma meydanda “Çemnitser”lə üz-üzə gəlib.  
 
Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 3:3. 
 
Dadaşov da bu görüşün iştirakçısı olub. O, 79-cu dəqiqədə meydana daxil olub.  
 
Cari mövsümdə 4 qol vuran millimizin forvardı bu oyunda fərqlənə bilməyib. 
 
Qeyd edək ki, Münster klubu 14 turdan sonra 12 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb. 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...