Almaniyalı futbolçuda koronavirus aşkarlandı | Eurasia Diary - ednews.net

9 May,


Almaniyalı futbolçuda koronavirus aşkarlandı

İdman A- A A+

Almaniyanın II Bundesliqasında çıxış edən "Hannover" klubunun futbolçusu Timo Hübers koronavirusa yoluxub.

"EDNews" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, analizləri müsbət nəticə verən 24 yaşlı müdafiəçi karantinə alınıb. Virusun Hübersə yaxın dostundan keçdiyi vurğulanıb.

Mümkün təhlükənin qarşısını almaq məqsədilə "Hannover" komandasının bütün üzvlərinin koronavirus testindən keçiriləcəyi bildirilib.

Qeyd edək ki, "Hannover"in yetirməsi olan Hübers bu mövsüm II Bundesliqada meydana çıxdığı 3 oyunda 1 qol vurub.

EDNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...