Avropa çempionatında Azərbaycan güləşçisi erməniyə qalib gəldi - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

Avropa çempionatında Azərbaycan güləşçisi erməniyə qalib gəldi

İdman A- A A+
Azərbaycanın 3 yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında mübarizəyə başlayıb.
 
Ednews xəbər verir ki, 77 kq-da çıxış edən Sənan Süleymanov 1/8 finalda İlye Kojokariyə (Rumıniya) qalib gəlib. Onun növbəti rəqibi Malkhas Amoyan (Ermənistan) olacaq.
 
87 kq-da yarışan İslam Abbasov 1/8 finalda Matey Mandiçi (Xorvatiya) məğlub edərək, Zurab Datunaşviliyə (Serbiya) rəqib olub.
 
130 kq-da yer alan Beka Kandelaki isə təsnifat mərhələsindən Mixaylo Vişnivetskini (Ukrayna) mübarizədən kənarlaşdırıb. 1/4 finalda David Ovasapyanla (Ermənistan) qarşılaşan idmançı inamlı qələbə qazanıb. Kandelaki ilk hissədə erməni rəqibindən 5 xal alıb. Görüşün başa çatmasına 1 dəqiqə 25 saniyə qalmış başından zədə alan Ovasapyan mübarizəni davam etdirə bilməyib. Yekunda Kandelaki yarımfinala yüksəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...