UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulub.
Ednews xəbər verir ki, 10 cavab qarşılaşmasının hamısı eyni gündə gerçəkləşib.
Azərbaycan təmsilçisi "Qarabağ" Macarıstanda "Ferenstvaroş"a 3:1 hesabı ilə qalib gələrək, pley-offa adlayıb. Ağdam təmsilçisi Moldova "Şerif"ini mübarizədən kənarlaşdıran Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə növbəti raundda üz-üzə gələcək.
Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) komandası Xorvatiyada Bolqarıstan "Lüdoqorets"ini sınağa çəkib. İlk matçda 2:1 hesabı ilə qalib gələn meydan sahibləri cavab görüşündə də rəqibinə şans verməyib - 4:2. Emreli sonadək ehtiyatda qalıb. "Dinamo" pley-off-da Norveçin "Budö Qlimt" komandası ilə görüşəcək.
"Qarabağ", "Viktoriya" və "Dinamo" ilə yanaşı, İsrailin "Makkabi" (Hayfa), Serbiyanın "Srvena Zvezda", Portuqaliyanın "Benfika", Niderlandın PSV, Ukraynanın "Dinamo" (Kiyev) və Şotlandiyanın "Reyncers" klubları da pley-offa adlayıblar.