Azərbaycanın Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında iştirak edən heyəti Bakıya qayıdıb.
Ednews xəbər verir ki, idmançı heyətini Gənclər və İdman Nazirliyi nümayəndələri, federasiya rəsmiləri və azarkeşlər qarşılayıb.
Qeyd edək ki, Azərbaycan İslamiadada 99 medalla 4-cü yeri tutub.