"Mançester Yunayted"in portuqaliyalı futbolçusu Kriştianu Ronaldu məhkəməyə veriləcək.
Ednews xəbər verir ki, gənc azarkeşlərdən birinin anası futbolçunu məhkəməyə vermək niyyətindədir.
"Mən ədalətin təntənəsini görmək istəyirəm, çünki bu ədalət yoxdur. Mən onun əməlinə görə cavab verməsini istəyirəm", - deyə qadın bildirib. Onun fikrincə, ədalətə nail olmağın yeganə yolu mübarizəni davam etdirməkdir.
Ertəsi gün polis oyunçu ilə bağlı araşdırmalara başlayıb. Hüquq-mühafizə orqanları vurğulayıb ki, uşağın anası Ronaldunu oğluna hücum etməkdə ittiham edir.