Xavi Zidanın rekordunu geridə qoyub - ednews.net

30 Sentyabr, Cümə

(+994 50) 229-39-11

Xavi Zidanın rekordunu geridə qoyub

İdman A- A A+
İspaniyanın "Barselona" komandasının sükanı arxasında olan Xavi Ernandes "Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidanın rekordunu geridə qoyub.
 
Ednews-un məlumatına görə, 42 yaşlı mütəxəssis buna "Kadis"i 4:0 hesabı ilə məğlub etdikləri La Liqanın V tur oyununda nail olub.
 
Kataloniya təmsilçisi yerli çempionatda Xavinin rəhbərliyi altında ardıcıl 17-ci səfər matçında uduzmayıb. "Real Madrid" isə 2016-cı ildə Zinəddin Zidanın işlədiyi dönəmdə 16 səfər qarşılaşmasında yenilməyib.
 
Qeyd edək ki, Xavi Ernandes 2021-ci ilin noyabrında "Barselona"nın baş məşqçisi təyin edilib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...