Kamerun millisinin qapıçısı Andre Onana DÇ-2022-də yeni rekorda imza atıb.
Ednews "Opta"ya istinadən verir ki, 26 yaşlı qolkiperin rekordu İsveçrə ilə dünən keçirilən oyunda qeydə alınıb.
O, cərimə meydançasından kənarda 26 dəfə topa toxunuş edib ki, bu da mundiallar tarixində rekord göstəricidir. O, bu matçda ümumilikdə 61 dəfə topa toxunub.
Xatırladaq ki, oyun Kamerun millisinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.