Messi Argentina yığmasına qələbə qazandırdı - DÇ-2022 - ednews.net

3 Fevral, Cümə

(+994 50) 229-39-11

Messi Argentina yığmasına qələbə qazandırdı - DÇ-2022

İdman A- A A+

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında günün son qarşılaşması keçirilib.

Ednews xəbər verir ki, günün son oyununda Argentina və Meksika yığmaları üz-üzə gəliblər. Görüş Argentinanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun qollarını 64-cü dəqiqədə Lionel Messi və 87-ci dəqiqədə Enso Fernandes vurublar. Sonuncu topun ötürməsini də PSJ-nin hücumçusu edib. 

Beləliklə, Messinin sayəsində argentinalılar əzmkar qələbə qazanıb.

İkinci turdan sonra C qrupunda Polşa 4 xalla birinci yerdə qərarlaşıb. Argentina və Səudiyyə Ərəbistanı hərəyə 3 xalla ikinci və üçüncü yerləri bölüşürlər. Meksika isə 1 xalla 4-cü yerdədir.

Qeyd edək ki, günün ilk oyununda - D qrupunda Avstraliya yığması Tunis komandasını 1:0 hesabı ilə məğlub edib. Günün digər matçında - C qrupunda Səudiyyə Ərəbistanı Polşa millisinə 0:2 hesabı ilə məğlub olub. Fransa yığması isə Danimarkaya 2:1 hesabı ilə qalib gəlib.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...