Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun Polşanın LKS klubuna keçidi rəsmiləşib.
Ednews xəbər verir ki, bu barədə Lodz təmsilçisinin saytı məlumat yayıb.
28 yaşlı müdafiəçi ilə 2025-ci ilin iyununa kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Rahil Məmmədov 2018-ci ilin yayından "Qarabağ"da çıxış edirdi.
Əlavə edək ki, LKS hazırda Polşa çempionatının turnir cədvəlində 10 xalla sonuncu - 18-cidir.