2021-ci ildə Almaniya milli komandasındakı karyerasını bitirən Toni Kroos yenidən yığmaya qayıdır.
Ednews xəbər verir ki, "Real"ın yarımmüdafiəçi bunu özü açıqlayıb. 34 yaşlı futbolçu mart ayında Almaniya yığmasının keçirəcəyi yoldaşlıq oyunlarda iştirak edəcək.
Almaniya millisi martda iki dəfə Fransa ilə üz-üzə gələcək. Daha sonra milli komanda Niderlandla qarşılaşacaq.
Qeyd edək ki, Toni Kroos 2010-2021-ci illər ərzində Bundestimin heyətində keçirdiyi 106 rəsmi matçda 17 qol vurub, 19 məhsuldar ötürmə edib.