Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında basketbol turnirlərinə rekord sayda insan qatılıb.
Ednews xəbər verir ki, bu barədə Beynəlxalq Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Matçları ümumilikdə tribunalardan 1 078 319 tamaşaçı izləyib.
Kişilərin turnirində orta hesabla hər qarşılaşmada 21 711, qadınlarda isə 19 763 nəfər olub.
Bundan əvvəlki rekord 1996-cı ildə Atlanta olimpiadasında qeydə alınıb. Həmin vaxt 1 068 032 insan görüşlərə arenalarda baxıb.
Qeyd edək ki, qadınlar və kişilərin mabarizəsində ABŞ millisi qızıl mükafata sahib çıxıb.