Transfer çalışmalarını davam etdirən "Araz-Naxçıvan" heyətini yeni futbolçu ilə gücləndirib.
EDnews xəbər verir ki, Naxçıvan təmsilçisi kolumbiyalı yarımmüdafiəçi Alexandro Herrera ilə müqavilə imzalayıb.
Klubdan verilən məlumata görə, 21 yaşlı futbolçu ilə bağlanan anlaşma "1+1" il müddətini əhatə edir.
Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Alexandro Herrera İspaniyanın "Arko Zaragoza" akademiyasının yetirməsidir. O, peşəkar futbolçu karyerasına Argentinanın "Banfield" klubunda başlayıb.
Kolumbiyalı futbolçunun sonuncu klubu isə Dominikan Respublikasının "San Kristobal" komandası olub.
Qeyd edək ki, "Araz-Naxçıvan" yeni mövsüm öncəsi heyətini gücləndirmək istiqamətində transfer çalışmalarını davam etdirir.







