Bir gündə 19 MİLYON BAREL: Neft bazarında NƏ BAŞ VERİR?

Bir gündə 19 MİLYON BAREL: <span class="text-danger">Neft bazarında NƏ BAŞ VERİR?</span>

Yaxın Şərqdə hərbi-siyasi gərginliyin azalması fonunda qlobal enerji bazarında diqqətçəkən dəyişiklik baş verir. 

Hörmüz boğazından neft daşınmasının rekord həddə çatması neft qiymətlərinin aşağı düşməsinə səbəb olub. Bəs bunun arxasında hansı iqtisadi amillər dayanır?

Mövzu ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov EDnews-a açıqlamasında bildirib ki, son günlər dünya enerji bazarında müşahidə olunan qiymət enişinin əsas səbəblərindən biri Hörmüz boğazında neft daşımalarının sürətlə bərpa olunmasıdır.

Ekspertin sözlərinə görə, son məlumatlara əsasən, Hörmüz boğazından bir gündə təxminən 19 milyon barel neft daşınıb ki, bu da son dövr üzrə ən yüksək göstəricilərdən biri hesab olunur.

“Ümumiyyətlə, Hörmüz boğazından gündəlik orta hesabla 16–20 milyon barel neft və neft məhsulları daşınır. Bu göstərici dünya üzrə gündəlik neft istehlakının təxminən 20 faizinə, dəniz yolu ilə həyata keçirilən neft ticarətinin isə 25 faizinə bərabərdir”, – deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, Yaxın Şərqdə baş verən hərbi-siyasi gərginlik dövründə boğazın fəaliyyətinin məhdudlaşacağı ilə bağlı narahatlıqlar bazarda neftin qiymətinin kəskin bahalaşmasına səbəb olmuşdu.

Lakin hazırda daşımaların normallaşması, bazarda sabitliyin bərpa olunacağı ilə bağlı gözləntilər və ABŞ–İran münasibətlərində yumşalma siqnalları investorların risk yanaşmasını dəyişib.

“Bir müddət əvvəl bazarda yüksək geosiyasi risk mükafatı formalaşmışdı. Hazırda isə treyderlər artıq neft qıtlığını deyil, əksinə əlavə təklif ehtimalını qiymətləndirirlər. Bu səbəbdən Brent markalı neft son ayların ən aşağı səviyyələrinə yaxınlaşır və bazarda eniş tendensiyası müşahidə olunur”, – ekspert bildirib.

Asif İbrahimov hesab edir ki, bu proses Azərbaycan üçün də diqqətlə izlənilməlidir.

“Azərbaycan kimi enerji gəlirlərindən asılı ölkələrdə neft qiymətlərinin uzunmüddətli azalması dövlət büdcəsinə, Dövlət Neft Fondunun daxilolmalarına və xarici ticarət balansına təsir göstərə bilər. Digər tərəfdən isə aşağı neft qiymətləri qlobal inflyasiya risklərini azaldaraq iqtisadi aktivliyin bərpasına müsbət təsir edir”, – deyə o vurğulayıb.

Ekspert əlavə edib ki, əgər Hörmüz boğazında yüksək həcmdə daşınmalar davam edər və İran neftinin dünya bazarına çıxışı genişlənərsə, yaxın aylarda neft bazarında daha aşağı qiymətlərin müşahidə olunması istisna deyil.

Onun fikrincə, Azərbaycan bu dövrdə həm riskləri idarə etməli, həm də yaranan yeni iqtisadi imkanlardan maksimum istifadə etməyə çalışmalıdır.

Xəbər xətti

“Zevs”in qardaşı 4 il azadlıqdan məhrum edildi
17:37
"Azəricard"dan kart hesablarındakı problemlə bağlı MÜHÜM AÇIQLAMA
17:33
İranla sərhəddə əməliyyat - DSX MƏLUMAT YAYDI
17:29
Beynəlxalq axtarışda olan Türkmənistan vətəndaşı Azərbaycanda saxlanıldı
17:07
ABŞ-də Azərbaycanlıya YÜKSƏK VƏZİFƏ VERİLDİ
16:53
Ceyhun Bayramov Polşaya işgüzar səfərə gedib
16:42
SON DƏQİQƏ! ABB-dən sonra BU BANK KARTLARINDA PROBLEM YARANDI
16:40
Bakıda İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası keçirilib - YENİLƏNİB
16:30
Nazir Respublika Fənn Olimpiadalarının qaliblərini qəbul edib
16:27
Tramp: "İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etsə..."
16:13
Ərdoğan: "Trampla görüşəcəyəm!"
16:01
TƏCİLİ! ABB kartlarından vəsaitlər SİLİNİR - FOTO
15:29
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrini qəbul edib - FOTOLAR
15:22
Bir gündə 19 MİLYON BAREL: Neft bazarında NƏ BAŞ VERİR?
15:18
Rusiya "İstanbul"u vurğuladı: KİM KOMPROMİSƏ GEDƏCƏK?
15:15
"Araz-Naxçıvan" kolumbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
14:47
Türkiyəyə köç edən azərbaycanlıların sayı açıqlandı
14:39
"Lufthansa" İrana uçuşları bərpa etməyə hazırdır
14:33
Peskov: "Ermənistan inkişaf yolunu seçmək mərhələsindədir"
14:29
Bakıda Ağciyər Xəstəlikləri Mərkəzinin yeni xəstəxanası açılıb
14:22
Domeni "az" olan saytlar BAĞLANACAQ? - AÇIQLANDI
14:08
Şimali Koreya hərbi donanmasını genişləndirir
14:05
İcbari sığorta qaydalarında dəyişikliklər hazırlanır
13:42
Məktəb direktorlarının işə qəbulu üzrə elektron qeydiyyat başlayır
13:32
Bakı-Naxçıvan aviareysləri LƏĞV EDİLDİ
13:27
Hava dəyişir: YAĞIŞ, ŞİMŞƏK...
13:11
Azərbaycanda xüsusi karantin rejiminin müddəti UZADILDI
13:04
Ronaldonun bacısından diqqətçəkən paylaşım: "Hamını susdurdu"
12:54
Rusiya Zaporojyedə yarımstansiyaya zərbə endirib
12:44
Belarus Ukrayna sərhədi yaxınlığında səfərbərlik təlimlərinə başlayıb
12:34
Şuşada TDT dini qurum rəhbərlərinin ilk görüşü keçiriləcək
12:14
Azərbaycan-Türkmənistan əməkdaşlığı: Türk dünyasında həmrəylik möhkəmləndirilir - ŞƏRH
12:00
Prezidentin köməkçisi pambıqçılıqda yeni dəstək mexanizmlərindən danışıb
11:57
Qarabağ Universitetində yeni təyinat - FOTO
11:50
YUMURTA gələn ay da 1 QƏPİK OLACAQ? – AÇIQLANDI
11:40
Leyla Əliyevanın təşəbbüsü ilə Xəzər sahili təmizlənir
11:37
Numan Kurtulmuş Azərbaycan-Ermənistan normallaşma prosesindən danışıb
11:27
İslam Zirvə Konfransının 16-cı Sessiyası Azərbaycanda keçiriləcək
11:17
Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı MÜHÜM QƏRAR
11:07
Azərbaycan Prezidenti: İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik
11:03
Prezident: Torpaqlarımızda İslam mədəni irsinə qarşı törədilmiş cinayətlər islamofobiyanın açıq-aydın təzahürüdür
11:02
Enerji ilə verilən SİYASİ MESAJ – Bakı İrəvana NƏ DEMƏK İSTƏYİR?
11:00
Prezident: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib
10:55
İƏT Parlament İttifaqına sədrlik İndoneziyadan Azərbaycana keçdi
10:54
Prezident İƏT Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına müraciət ünvanladı
10:49
Pit Heqsetdən "Qızıl günbəz" raketilə bağlı YENİ AÇIQLAMA
10:46
Yaponiyada ninja diplomu almaq üçün imtahan keçirildi
10:40
FHN hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ ETDİ
10:34
Azərbaycan nefti yenidən ucuzlaşdı
10:28
“Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir”: OĞUL XAMENEİ ŞÜARI DAVAM ETDİRƏCƏK?
10:23
Bir ayın əsgəri NİYƏ VƏFAT EDİB?
10:17
ADY-dən bilet satışı ilə bağlı iddialara CAVAB
10:11
”TikTok”da qeyri-etik ifadələr işlətdi, HƏBS OLUNDU
10:08
Bəzi ərazilərdə qaz olmayacaq
09:58
Doktoranturaya qəbul üzrə xarici dil imtahanları KEÇİRİLƏCƏK
09:48
İsmayıllıda meşədə külli miqdarda narkotik aşkarlandı
09:35
Trampın Sülh Şurası BU ÖLKƏDƏ TOPLAŞACAQ
09:23
Türkanda FACİƏ: YOL QƏZASI CAN ALDI
09:14
Nyu-York birjasında təbii qazın dəyəri azalıb
09:13
"Brent" markalı neftin qiyməti kəskin düşdü
09:10
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR