Braziliya millisinin hücumçusu Neymar komandasının 2026-cı il dünya çempionatından kənarlaşmasından sonra təxminən 23 milyon dollar dəyərində lüks yaxta alıb.
EDnews “TyC Sports”a istinadən xəbər verir ki, “Enejota” adlandırılan yaxta Braziliyanın Rio-de-Janeyro ştatındakı Anqra-dus-Reis bölgəsinə gətirilib.
Uzunluğu 46 metrə çatan yaxtada altı lüks kabin, geniş istirahət zonaları və üst göyərtədə helikopter meydançası yerləşir. Gəminin adının Neymarın ad və soyadının portuqal dilindəki baş hərflərindən götürüldüyü bildirilir.
Braziliya millisi DÇ-2026-nın 1/8 finalında Norveçə 1:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb. Qarşılaşmada Erlinq Haland iki dəfə fərqlənib, Neymar isə uzatma dəqiqələrində penaltini dəqiq yerinə yetirib.
Zədə səbəbindən mundialın ilk iki oyununu buraxan Neymar Norveçlə görüşdə ikinci hissədə meydana çıxıb. Lakin onun son dəqiqələrdə vurduğu qol Braziliyanı məğlubiyyətdən xilas etməyə kifayət etməyib.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilir.







