Fransa millisinin müdafiəçisi Uilyam Salibanın 2026-cı il dünya çempionatında ciddi bel zədəsi ilə mübarizə apardığı məlum olub.
EDnews "TASS"a istinadən xəbər verir ki, “RMC Sport”un məlumatına görə, futbolçu turnir boyunca onurğa sütunundakı sınığa baxmayaraq meydana çıxıb.
Mənbə bildirir ki, Saliba zədəni dünya çempionatının başlamasından təxminən iki ay əvvəl alıb. Fransalı müdafiəçi mundial zamanı ağrıkəsici preparatlar qəbul edib və xüsusi tibbi nəzarət altında olub.
25 yaşlı futbolçunun vəziyyəti İspaniyaya qarşı keçirilən yarımfinal matçında daha da ağırlaşıb. Saliba belindəki şiddətli ağrılar səbəbindən qarşılaşmanın təxminən 30-cu dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalıb. Fransa həmin oyunda İspaniyaya 0:2 hesabı ilə məğlub olub. (thetimes.com)
Hazırda müdafiəçinin meydana nə vaxt qayıdacağı məlum deyil. Onun əməliyyat olunması ehtimalının nəzərdən keçirildiyi və uzun müddət yaşıl meydanlardan kənarda qala biləcəyi bildirilir. (thetimes.com)
Qeyd edək ki, Uilyam Saliba İngiltərənin “Arsenal” klubunda çıxış edir.







