Merkel Türkiyəyə səfər edəcək | Eurasia Diary - ednews.net

19 Noyabr, Çərşənbə axşamı


Merkel Türkiyəyə səfər edəcək

Dünya A- A A+
Almaniya kansleri Angela Merkel Türkiyəyə səfər edəcək.
 
Türkiyə KİV-ləri xəbər verir ki, səfərin fevral ayının əvvəllərində baş tutacağı gözlənilir.
 
Məlumata əsasən Merkelin gündəliyinə mühacir böhranının həlli, regional problemlər, terrorçuluqla mübarizədə işbirliyi və iqtisadi mövzular daxildir.
 
Onun səfər çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırımla görüşləri planlaşdırılır.
 
Qeyd edək ki, bu ilin sentyabr ayında dördüncü dəfə Almaniya kansleri seçilməsi gözlənilən Angela Merkelin gündəmində mühacir böhranın həlli üçün işbirliyi xüsusi yer tutur. 
 
Merkel mühacir böhranının yalnız Türkiyə ilə işbirliyi çərçivəsində çözülməsinin mümkünlüyünü bildirərək seçki öncəsi bu uğurlarını ictimaiyyətə göstərməyə çalışır.
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...