Tiflis və Rustavi şəhərlərinin elektrik enerji ilə təchizatı tezliklə bərpa olunacaq.
APA-nın məlumatına görə, bu barədə “İnfo Rustavi” agentliyinə “Elektrik sistemləri” Dövlət Xidmətindən bildiriblər.
Qeyd olunub ki, Ermənistanla sərhəddə yerləşən elektrik verilişi xətlərində problem yaranıb. Bu üzdən yuxarıda qeyd olunan şəhərlərinin abonentləri işıqsız qalıb.
Elektrik enerjisi təchizatının bərpası mərhələli şəkildə olacaq.
Qeyd edək ki, paytaxtın elektrik enerjisi ilə təchizatı yerli vaxtla saat 16.10-da dayandırılıb.