İki rusiyalı blogerin mübahisəsi “dünyanın sonunda” – Yeni Zelandiyada başa çatıb. Səhayətçi bloger Mixail Rokainen qələbə qazanmaq üçün Rusiyanın bu ölkədəki səfirliyində qeydiyyata düşüb.
“360” telekanalı xəbər verir ki, Rusiyada bu gün keçirilən prezident seçkilərindən öncə iki bloger – Mixail Rokainen və Artyom Key mübahisə edərək, razılaşıblar ki, ən tez kim səs versə, uduzan tərəf saşlarını qırxdıraraq keçəl qalacaq.
Artyom Key Rusiyanın ən ucqar şərq nöqtəsində - Petropavlovsk-Kamçatsk şəhərində qeydiyyata düşüb. Onun rəqibi isə daha uzağa gedərək, Yeni Zelandiyaya yollanıb. Sonradan məlum olub ki, səsvermə üçün ən tez açılan məntəqə də məhz Okeaniyada yerləşən bu ölkədə yerləşir.
Mübahisədə qalib gəlmiş Mixail Rokainen bununla bağlı “VKontakte” sosial şəbəkəsindəki səhifəsində video da paylaşıb. (virtualaz.org)