İraq səmasında “Azərbaycan dronları” silah anbarlarındakı partlayışlar

Dünya 12:25 24.08.2019

İraq hakimiyyəti son bir ayda Xalq Səfərbərlik Birlikləri (XSB –“Haşdi-Şəabi”) milisinə aid olan 4 silah anbarına hücumun mənbəyini araşdırır. Avqustun 20-də baş verən son partlayış bir daha hadisədə ABŞ və İsrailin iştirakına dair ittihamlar doğurub.

Eurasia Diary strateq-ə istinadən xəbər verir ki, son hücum, avqustun 15-də baş nazir Adil Əbdülmehdinin İraq hava məkanını bütün icazəsiz uçuşlara bağlamasına baxmayaraq, baş verib. Qadağa ABŞ-ın rəhbərlik etdiyi koalisiyayanın dronları, casus təyyarələri və helikopterləri də əhatə edib.

ABŞ hücumlarda iştirakını rədd edib. “New York Times” avqustun 22-də adını açıqlamayan iki ABŞ rəsmisinə istinadla İsrailin “İraqdakı İran dəstəkli qrupların silah anbarlarına son günlər bir neçə zərbə vurduğuna görə cavabdeh olduğu”nu yazıb.

Avqustun 20-də XSB-nun “Kətaib əl-İmam Əli” bölməsinin Bağdaddan 80 kilometr şimalda yerləşən Bələd aviabazasında partlayış baş verib. Bu fraksiya İraq İslam Hərəkatının (“Hərəkat əl-İraq əl-İslamiyyə”) silahlı qanadıdır.

Hücumdan sonra bəzi ABŞ hərbi təlimçilərinin də olduğu Bələddə təhlükəsizlik gücləndirilib.

son hücumdan sonra XSB rəhbərinin müavini Camal Cəfər İbrahimi (Əbu Mehdi əl-Mühəndis kimi də tanınır) ABŞ-ı günahlandıraraq İsrailin onun adından hərəkət etdiyini söyləyib və XSB bazaları üzərindən uçan istənilən təyyarəni hədəf alacağı ilə hədələyib.

Avqustun 22-də XSB-nin 12-ci Briqadası həmin gün Bağdadın kənarında uçan pilotsuz kəşfiyyat təyyarəsini vurduğunu elan edib. Dronun kimə məxsus olması barədə heç bir məlumat verilməyib. Lakin Mühəndis bildirib ki, XSB-də ABŞ-ın bu il dörd İsrail dronunu PMU bazaları və liderlərini hədəf almaq üçün Azərbaycandan İraqa gətirdiyi barədə “dəqiq və təsdiqlənmiş məlumata sahibdir”.

XSB rəhbəri Falih əl-Fəyyaz Mühəndisin “ABŞ-ın barmağı” ittihamlarını təsdiqləməyib. Partlayışlarla bağlı bir-birinə zidd xəbərləri nəzərə alan Fəyyaz “xarici oyunçular”ın iştirakının araşdırılmasının lazım olduğunu söyləyib.

Bələddən olan millət vəkili və XSB-nin “Fəth” blokunun üzvü Məhəmməd Kərim əl-Bəldavi “hadisə baş verən zaman bölgə sakinləri tərəfindən görünən” dronun varlığını təsdiqləyib.

Digər partlayış avqustun 12-də Bağdadın cənubundakı Səqradakı hərbi bazada, silah və sursat anbarında baş verib. İranın dəstəklədiyi bəzi XSB fraksiyaları, o cümlədən “Bədr“, “Cund əl-İmam” və “Seyyidüş-Şühəda” da orada yerləşir. Hücum zamanı qısamənzilli və “Katyuşa” raketləri məhv edilib.

Son bir ay ərzində 2 XSB fraksiyasının silah anbarlarında – Diyala əyalətinin Əşrəf düşərgəsində və Səlahuddin əyalətinin Amerli bazasında partlayışlar olduğu bildirilib.

Bu yaxınlarda bir neçə İsrail KİV-i İsrailin hücumlarda əli olduğunu yazıb. Londonda yerləşən “Əş-Şərq əl-Əvsət” qəzeti adı açıqlanmayan Qərb diplomatik mənbələrinə istinadən ABŞ və Rusiyanın “İsrailin İraqdakı İran raket ehtiyatlarına hücum etməsinə icazə verdiyi” barədə məlumat yayıb.

İsrailin rusdilli “9-cu kanal”ına verdiyi müsahibədə baş nazir Benyamin Netanyahu İraqda İranın dəstəklədiyi şiə milislərinə qarşı hücumlarda “İsrail barmağı”nın ola biləcəyi ehtimalına eyham vurub.

İraq prezidenti Bərham Salih bildirib ki, İraq digər ölkələr üçün döyüş bölgəsi olmaq istəmir. Lakin indiyə qədər baş nazir Əbdülmehdi, Müdafiə Nazirliyi və əksər XSB fraksiyaları onları kimin hədəfə ala biləcəyi ilə bağlı heç bir rəsmi mövqe açıqlamayıblar.

Beləliklə, XSB-nin bu mövzu ilə fikir ayrılığı aydın olub.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
Hamısı