Putindən “Yeni SSRİ” planı

Dünya 12:04 18.09.2019

Fikrət Sadıqov: “Lukaşenko üstünlüyü başqa dövlətə vermək istəmir”

Eurasia Diary xəbər verir ki, Rusiya və Belarus artıq 2022-ci ildə konfederativ dövlət yaratmağı planlaşdırırlar. Bu istiqamətdə ilk addımlar 2021-ci ilin yanvar ayında atılacaq.

İki ölkə əvvəlcə vahid Vergi Məcəlləsi və Mülki Məcəllə, mülkiyyətin unifikasiya edilmiş uçotuna əsaslanan xarici ticarət rejimi və oxşar sosial təminatlar yaradacaqlar. Bank nəzarəti birləşdiriləcək, lakin iki mərkəzi bank olacaq, neft, qaz və elektrik enerjisi bazarları vahid mərkəzdən nizamlanacaq, müvafiq sahələrdə dövlət tənzimləmə sistemi yaradılacaq.

Tədiyə sistemlərini qismən birləşdirmək və 2021-ci ildən vahid dövlət satınalmaları tətbiq etmək nəzərdə tutulur. Bu proqramda Rusiyanın və Belarusun dövlət quruculuğuna, müdafiə sisteminə, dövlət təhlükəsizliyi və təhsil, səhiyyə və elm sahələrinə toxunulmayacaq.

Xatırladaq ki, bu il sentyabrın 6-da RF Baş naziri Dmitri Medvedev və onun belaruslu həmkarı Sergey Rumas “İttifaq dövləti yaradılması haqqında müqavilənin müddəalarının reallaşdırılması üzrə Belarusun və Rusiya Federasiyasının fəaliyyət proqramı”nı imzalayıblar, lakin həmin sənəd hələ dərc edilməyib.

Qeyd edək ki, Rusiya ilə Belarusun vahid dövlətdə birləşəcəyinə dair ilk saziş 1999-cu ildə imzalansa da rəsmi Minsk sonradan bu şərtələri yerinə yetirməkdən faktiki olaraq imtina edib. Belarus prezidenti Aleksandr Lukaşenko son illər verdiyi  bəyanatlarda Belarusun suverenliyini güzəştə getmək niyyətində olmadığını  deyib. Hətta Lukaşenkonun ittifaq dövlətinin əleyhinə yönəlmiş açıqlamaları Rusiya hakimiyyətinin ünvanına sərt tənqidlərlə müşahidə olunub. Eyni zamanda, Lukaşenko hakimiyyətinin son dövrlər Qərblə yaxınlaşması Rusiya ilə birlik ideyasına həmişəlik son qoyulduğuna dair  qənaəti  möhkəmlədib.  2019-cu ilin sonunda Belarusun Ümumdünya Ticarət Təşkilatı  üzvlüyünə qəbul  olunacağı gözlənilir. Bundan sonra Belarusla Avropa Birliyi arasında strateji tərəfdaşlıq sazişinin imzalanması nəzərdə tutulub. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Boltonun bu yaxınlarda Minskə rəsmi səfəri isə Vaşinqtonla Lukaşenko arasındakı münasibətlərdə yeni mərhələnin başlanması kimi dəyərləndirilir. Belə bir vəziyyətdə prezident Lukaşenkonun indiyə qədər verdiyi bəyanatların əksinə olaraq Rusiya ilə ittifaq dövlətinin yaradılması barədə proqram təklif etməsi siyasi müəmmaya səbəb olub. 

Belarus prezidentinin bu siyasətini profilaktik siyasi gediş da adlandırmaq olar. Yəni A.Lukaşenko irəli sürdüyü bəzi şərtlərin Kreml tərəfindən qəbul edilməyəcəyini bildiyi  halda özünü birləşmə tərəfdarı kimi təqdim edir. Sazişdən boyun qaçırmağa çalışan Lukaşenkon bununla da “topu Putinin  meydanşasına  ötürməyə” çalışır.

Politoloq Fikrət Sadıqov hesab edir ki, Rusiya ilə Belarus arasında ittifaq dövlətinin yaradılmasına dair hökumətlərarası birgə proqram imzalansa da bu sənədin icra ediləcəyi real görünmür:

“Prezident Lukaşenko ziddiyyətli bəyanatları ilə seçilən siyasətçidir. İki ölkə arasında vahid strukturların yaradılması barədə bir sıra sazişlər imzalanıb. Nəqliyyat, gömrük, vergi sahələrində, sərhəd-buraxılış məsələlərində  ümumi razılıq əldə olunub. Amma Lukaşenko üstünlüyü başqa dövlətə vermək istəməyən siyasətçidir. O, vahid ittifaqda aparıcı rol oynamaq iddiasındadır. Problem yalnız bununla bağlıdır. Putinlə Lukaşenko arasında dəfələrlə danışıqlar aparılsa da razılığa gələ bilməyiblər. Belə ki, ittifaq dövlətinin prezidenti, birinci şəxsi kim olacaq? Onun səlahiyyətləri nədən ibarət olacaq? İkinci şəxs kim olacaq? Tərəflər bu məsələlərdə ortaq fikrə gələ bilmir. Rusiya hesab edir ki, böyük dövlət kimi daha böyük səlahiyyətlərə malik olmalıdır. Lakin Lukaşenko bununla razılaşmır. Ona görə də mən bu yaxınlarda belə bir ittifaq dövlətinin yaranacağını düşünmürəm. Onlar yalnız xarici təcavüz, terror təhlükəsi qarşısında birgə mübarizə aparmaq üçün birləşə bilər. Ancaq digər şərtlərlə Belarusla Rusiyanın birləşməsi sual altındadır. Belarus həmin ittifaq daxilində Rusiya ilə bərabərhüquqlu statusa mailk olmağı təklif edir. Rəsmi Moskva isə buna razı olmaq istəmir. Çünki Rusiya hesab edir ki, Belarus  post-sovet respublikalarından biridir  və üstünlüyü ona vermək olmaz.  Əgər hər iki tərəfi qane edən qərar çıxarılsa, o zaman öz funksiyalarını bölüşdürə bilər.  Amma  Belarusla Rusiyanın vahid dövlətə çevrilməsi yaxın gələcəkdə real görünmür”. (türküstan.info)

 
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
Hamısı