Ukraynada matəm elan olunub | Eurasia Diary - ednews.net

18 Sentyabr, Cümə


Ukraynada matəm elan olunub

Dünya A- A A+
Ukraynanın Odessa şəhərində kollec binasında baş verən yanğın zamanı ölənlərin sayı 10 nəfərə çatıb.
 
Eurasia Diary xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.
 
Bildirilir ki, hadisə zamanı ümumilikdə 30 nəfər xəsarət alıb. Onlardan 10-u xəstəxanadadır.
 
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, hadisə zamanı zərər çəkənlərə yardım göstərilməsi və faciənin başvermə şəraitini tezliklə müəyyənləşdirmək üçün dövlət orqanlarına tapşırıqlar verib. V.Zelenski dekabrın 8-ni ölkədə ümumilli matəm günü elan edib.
 
Hadisə ilə bağlı cinayət işi açılıb. Polis yanğının törədilməsində 2 nəfərdən şübhələnir.
 
Qeyd edək ki, hadisə dekabrın 4-də baş verib. Daha əvvəl yanğın zamanı 8 nəfərin həlak olduğu bildirilib. (modern.az)
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...