Kovid-19 xəstələrini müalicə üçün həyati əhəmiyyət daşıyan süni nəfəs aparatları almaq üçün ölkələr bir-biri ilə yarışa girib.
EdNews xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp yeni növ koronavirus xəstələrinin müalicəsində istifadə olunan aparatların istehsalına dair fikir ayrılığı yaşadığı "General Motors"a qarşı özəl sektorun istehsalını istiqamətləndirməyə imkan verən "Müdafiə İstehsalı Qanunu"nu işə salıb.
Tramp yazılı açıqlamasında "Səhiyyə Nazirliyinə "Müdafiə İstehsalı Qanunu" çərçivəsində bütün səlahiyyətlərindən istifadə edərək "General Motors"dan havalandırma istehsalı üçün federal müqavilələrin qəbul edilməsi, həyata keçirilməsi və prioritetləşdirilməsinə imkan verən təlimatın yer aldığı bir bəyanat imzaladım. Virusa qarşı savaşımız təcili şəkildə baş tutmalıdır. "General Motors" vaxtını hədər yerə sərf edir. Bu gün atdığımız addım tez zamanda amerikalıların həyatlarını xilas etməyə imkan verəcək", - deyə qeyd edib.
Xatırladaq ki, Tramp bundan öncə tvitter hesabından " "Ford", "General Motors", "Tesla" havalandırıcı və digər metal məhsullar istehsal etməyə başlayır, cəld olun" deyə paylaşım etmişdi.