Belarus Prezidenti Aleksandr Lukaşenko bir az artıq prezident kürsüsündə oturduğunu etiraf edib, lakin o, ölkəsini qoruya biləcək yeganə adam olduğunu söyləyib.
Eurasia Diary TASS-a istinadən xəbər verir ki, bu barədə Lukaşenko Rosiyya-1 kanalına müsahibəsində söyləyib.
“Bəli ola bilsin ki, mən bir az artıq (prezident kürsüsündə) oturmuşam. Amma mən belarusluları indi qoruya biləcək yeganə adamam”, deyə Lukaşenko söyləyib.
Qeyd edək ki, Lukaşenko 1994-cü ildən bəri Belarusun prezidentidir.