Dünən Gürcüstanda müxalifət tərəfdarları və siyasi xadimləri parlament binası qarşısına toplanaraq etirak aksiyası keçiriblər.
Eurasia Diary Agenda.ge saytına istinadən xəbər verir ki, etirazçılar seçkilərin saxtalaşdırıldığını bildirərək, yeni seçkilərin keçirilməsini tələb ediblər.
Onlar qalib Gürcü Arzusu partiyasının liderinin saat 8-də etirazçılarla görüşməsini tələb ediblər.
Etirazlar daha sonra polisin su şırnaqlarından istifadəsi ilə sona çatıb. Vahid Milli Hərəkat partiyasının üzvü Nika Melia iştirakçılara ərazini tərk etməyi və yenidən bu gün saat 6-da toplaşmağı söyləyib.
Hakim Gürcü Arzusu partiyasının icraçı katibi İrakli Kobaxidze Melianı "cinayətkar" adlandırıb və iştirakçıları "qanunsuz hərəkətlər"dən yayınmağa çağırıb. O, Daxili İşlər Nazirliyindən müvafiq güclərdən istifadə etməsini də istəyib.