ABŞ Prezidenti Co Bayden Senatın ölkə sakinlərinə və iqtisadiyyata yadım layihəsini qəbul etməsini şərh edib.
Prezident şənbə günü çıxışında vurğulayıb ki, bu layihənin qəbul edilməsi əksər amerikalılara 1400 dollar məbləğində birdəfəlik ödəmənin başlanğıcıdır.
Senatın təsdiqlədiyi 1.9 trilyon dollarlıq vəsaitdən peyvənd istehsalçılarına və distribyutorlarına da vəsait ayrılacaq.
"Amerikanın Xilas Planı" adlanan qanun layihəsi Senatın səsverməsindən keçdikdən sonra Bayden Ağ Evdə çıxış edib.
O, Amerika ailələrinin 85 faizindən çoxunun birdəfəlik yardım alacağını deyib. Sənədə görə, eyni zamanda, ildə 100 min dollar qazanan iki övladı olan valideynlərə də təxminən 5600 dollar yadım veriləcək.
Yüz senatordan 50-si qanun layihəsinin lehinə, 49-u əleyhinə səs verib. Respublikaçı senatorlardan heç biri (səs vermədə iştirak edənlərdən) Bayden planının lehinə səs verməyib.
Son bir ildə Vaşinqton tərəfindən ayrılan iqtisadi stimulun ümumi məbləği təxminən 6 trilyon dollara çatır.