Türkiyə İtaliyadan helikopter alışını dayandırdı - Diplomatik qalmaqal | Eurasia Diary - ednews.net

8 May, Şənbə


Türkiyə İtaliyadan helikopter alışını dayandırdı - Diplomatik qalmaqal

Dünya A- A A+

Türkiyə hökuməti İtaliyanın “Leonardo” hərbi-sənaye kompleksinin istehsalı olan təlim helikopterlərinin alışından imtina edib.

Bu barədə “Repubblika” qəzeti yazıb.

Qəzetin məlumatına görə, 70 milyon dəyərindəki müqavilə yaxın günlərdə imzalanmalı idi, lakin Ankara İtaliya Baş naziri Mario Draginin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına işlətdiyi sözlərə görə, onu qeyri-müəyyən müddətə təxirə salıb.

Məlumata görə, müqavilə nəticəsində alınmalı olan “AW169” helikopterləri köhnə “Agusta-Bell 206”ları əvəz etməli idi.

Axar.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...