Almaniyada koronavirus məhdudiyyətlərinə qarşı etiraz | Eurasia Diary - ednews.net

8 May, Şənbə


Almaniyada koronavirus məhdudiyyətlərinə qarşı etiraz

Dünya A- A A+

Almaniyanın paytaxtı Berlində çərşənbə günü koronavirus məhdudiyyətlərinə qarşı aksiya keçirilib.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, Bu barədə yerli polis məlumat yayıb. Bildirilib ki, etiraz aksiyası zamanı 29 polis əməkdaşı yaralanıb.

Nümayişçilər polisə şüşə və daş qırıntıları atıblar. 231 etirazşının nəzarətə alındığı bildirilir.

Aksiya paytaxt səlahiyyətliləri tərəfindən koronavirusla bağlı məhdudiyyətləri nəzərdə tutan yeni düzəlişlərin edildiyi vaxt keçirilib. Etirazçılar bunu alman federalizminə zərbə kimi qiymətləndiriblər.

8-10 min insanın bir araya gəldiyi nümayişdə qoruyucu maskalardan istifadə edilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...