“Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilib”.
Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb.
“Şuşanın şöhrəti, qüruru, misilsiz mədəni və memarlıq üslubu Ermənistanın 30 illik hərbi işğalından sonra bərpa olunur” - deyə H.Hacıyev bildirib.
Upon Decree of President Ilham Aliyev @presidentaz Shusha was declared cultural capital of Azerbaijan. Shusha's glory, pride and unique cultural and architectural style is being restored after 30 years long military occupation of Armenia. pic.twitter.com/6gJHLVK6HA
— Hikmet Hajiyev (@HikmetHajiyev) May 7, 2021