Türkiyənin aviasiya istehsal potensialı Qardaşlarımız dünyanı heyrətləndirməkdə

Dünya 21:40 11.06.2021
Terrorizmlə on illərdir mübarizə aparan, Türkiyə ehtiyac duyduğu müasir silah sistemlərini, o cümlədən helikopterləri və döyüş təyyarələrini müttəfiqlərindən vaxtında əldə edə bilmirdi. Şərqi və Cənub-Şərqi Anadoluda artan helikopter ehtiyacı qarşılanmadığı üçün qırıcıların resursları normadan artıq sərf edilirdi. TSQ-nin silahlanmasında mövcud olan “Kobra” hər coğrafiyada tətbiq edilə bilmirdi, yararlı olan AH-1 “Super Kobra” tipli helikopterlər isə məhdud sayda idi.
 
Türkiyə prezidenti R. T. Ərdoğanın hakimiyyətə gələndən sonra silah istehsalında Qərdən asılılığı azaltmaq və müstəqil olmaq, onun önəm verdiyi prioritetlərdən biri idi. 20 ildir ki, Türkiyə hərb sənayesi ildən-ilə inkişaf etməklə zirvələr əldə edir. Müxtəlif qoşunlar üçün fərqli təyinatda texnikalar istehsal edən Türkiyənin gec-tez aviasiya inşaatına da başlaması da gözlənilən idi. Birdən-birə mürəkkəb strateji bombardmançı və ya ağır qırıcıdan başlamaq məntiqli olmazdı, buna görə də əvvəlcə PUA və helikopter, ardınca isə “Hürkuş”, sonra isə “Hürjet”dən başlanması təbiidir. Amma bu da son hədəf deyil. Növbədə milli döyüş təyyarəsi layihəsidir.
 
Bu Eurasia Diary-yə Türkiyənin aviasiaya potensialı və ən əhəmiyyətli layihələrdən olan “Hürkus” barədə məlumat verəcək. 
 
İstehsalçı
 
Türkiyənin pilotlu aviasiya sahəsində ən nəhəng şirkəti TAI (Turkish Aerospace Industries - Türkiyə Aerokosmik Sənayesi), 28 iyun 1973-cü il tarixində Türkiyənin Sənaye və Texnologiya Nazirliyi nəzdində ölkənin müdafiə sənayesində xaricdən asılılığını azaltmaq məqsədi ilə TUSAŞ adı ilə yaradılıb. Türkiyə Hərbi Hava Qüvvələrinin hava döyüş vasitələrinə olan ehtiyacının ödənilməsi, F-16 təyyarələrinin əhəmiyyətli  hissələrinin istehsalı, qırıcıların istifadə edilməsi, modernləşdirilməsi, silah sistemlərin təyyarələrə inteqrasiyası və uçuş sınaqlarının keçirilməsi məqsədilə 1984-cü ildə TUSAŞ bazasında 25 il müddətinə ABŞ və Türkiyənin ortaq TAI şirkəti yaradıldı. 2005-ci ildə TAI-nin xarici səhmləri türkiyəli səhmdarlar tərəfindən alındı və TUSAŞ və TAI tək bir dam altında birləşdirildi. Nəticədə bu gün TAİ (yerli mətbuatda TUSAŞ kimi də qeyd edilir) kimi tanınan şirkət meydana gəldi. Lakin məhsulların tanıdılmasında və xarici medaida TUSAŞ-ın ingilis dilində tərcüməsi olan TAI qısaltmasından daha geniş istifadə olunur.
 
Layihənin məqsədi
 
Təxmini hesablamalara görə, 2020-2030-cu illərdə dünya ordularının və nəhəng aviaşirkətlərin istismar etdiyi təlim təyyarələrinin əksəriyyəti istismar resurslarını başa çatdıracaq. Bu baxımdan Türkiyə dünya aviasiya bazarında yaranacaq yüzlərlə təlim təyyarəsi çatışmazlığı zamanında doğru dəyərləndirə bildi. Bu səbəbdən də TAI “Hürkuş” təlim təyyarələrini EASA tərəfindən təsdiqlənən standartlara uyğun hazırladı. 
 
Hürkuş
 
TAI “Hürkuş” adlanan təyyarə “Türkiyənin İlk və Əsas Təlim Təyyarəsi Layihəsi”-nin məhsuludur. O, TAI şirkəti tərəfindən dizayn və inkişaf etdirilən ilk yerli və milli türk təlim təyyarəsidir. Təyyarə Türkiyəli pilot və mühəndis Vecihi Hürkuşun adını daşıyır.
Türkiyənin Müdafiə Sənayesi Nazirliyi ilə TAI arasında 2006-cı ilin mart ayında imzalanan razılaşma ilə başlayan təlim təyyarəsinin layihəsi prototipin dizaynı, inkişafı, sınaqdan keçirilməsi və təsdiqlənməsini, istehsalını və sertifikatlaşdırılmasını həyata keçirməklə bərabər təyyarənin texniki məlumat paketini yaratmaq məqsədi daşıyırdı. “Hürkuş” Avropanın EASA CS 23 standartlarına  uyğun olaraq dizayn edilib və sertifikatlaşdırılıb. Tam rəqəmsal elektron displeylərə malik  olan təyyarə, ilk sınaq uçuşunu 2013-cü ilin iyun ayında həyata keçirib. Milli Müdafiə Nazirliyinin məlumatında "Hürkuş" təyyarələrinin 2018-ci ildə Türkiyənin Hərbi Hava Qüvvələrində istismara qəbul edildiyi bildirilir.
 
Ümumi xüsusiyyətləri
 
Təlimatçı və tələbə pilot bu təyyarə ilə gecə və gündüz təlim vəzifələrini icra edə bilir. Tək turbopərli mühərrikə malik təyyarədə pilotlar kabində ardıcıl oturur. “Hürkuş” təyyarəsi “şüşə kokpit” kimi tanınan tam rəqəmsal elektron ekran sistemlərə malikdir. 
 
Rəqəmsal elektron avadanlıqların əsas məqsədi, kabinədəki həddindən artıq göstərici qarışıqlığını azaldaraq pilotların idarəetmə və nəzarət qabiliyyətlərini artırmaqdan ibarətdir. Elektron rəqəmsal ekranların istifadəsi, məlumatların döyüş təyyarəsində olduğu həcmdə pilota çatdırılmasını təmin edir. Bunların sayəsində çox müasir və yüksək texnologiyalı “Hürkuş” təlim təyyarəsi pilotları döyüş təyyarələri üçün hazırlamağa imkan verir. 
 
Bütün uçuş və idarəetmə göstəriciləri, mühərrik məlumatları və s.  pilota 2 əsas LCD ekran vasitəsilə ötürülür. Bütün naviqasiya və rabitə avadanlığı vahid elektron paneldən idarə edilir və bu da idarəetmənin kifayət qədər müntəzəm olmasını təmin edir. Bu üstün imkanlar “Hürkuş”-u sinifindəki ən yaxşı vasitələrdən biri halına gətirir. 
 
Təlim təyyarəsi üçün qeyri-adi olan üstün elektron sistemləri, aerodinamik rahatlığı,  katapultu və s. sayəsində “Hürkuş” reaktiv təyyarəyə çox yaxındır. Bu səbəbdən də ondan yalnız ilkin pilot təlimlərində deyil, həm də döyüş pilotlarının təlimlərində də istifadə edilə bilir. Təyyarənin mərkəzi idarəetmə kompüterlərinin proqram təminatı TAI mühəndisləri tərəfindən hazırlanıb. Bu təyyarə “insan maşın interfeysi” ilə bərabər pilot təhlükəsizliyinin təmin olunduğu və erqonomik baxımdan komfortlu bir təyyarədir.
 
İlk uçuşu
 
TAI mühəndisləri tərəfindən layihələndirililən milli təlim təyyarəsi olan “Hürkuş”un baza versiyasının Türkiyə Ordusunda ilk uçuşu 2018-ci ilin əvvəlində İzmirdə yerləşən HHQ-nin aviabazasında yerli pilotlar tərəfindən həyata keçirilib. Buna qədər isə “Hürkuş” təlim təyyarələri 2013-cü ildən keçirilən sınaq uçuşları zamanı 600 dəfədən çox üçüşda 500 saatdan artıq havada qalmışdı. 
 
Versiyaları
 
İlkin mərhələdə rəsmi məlumatlar “Hürkuş” təyyarələri üç fərqli konfiqurasiyada istehsal ediləcəyini deməyə əsas verirdi. Sonradan isə yayımlanan məlumatlar model sıarasının 7 nümayəndəsinin adına aydınlıq gətirdi: 
 
A (İlkin təlim və ya baza modeli),
 
B (Hərbi təlim modeli) 
 
C (Silahlı yaxın hava dəstək modeli) 
 
C UAS (Silahlı və pilotsuz modeli).
 
“Hürjet” adı isə ictimaiyyətə sonradan məlum oldu, onun da C versiyasına yaxın olduğu bildirilir. 
 
Son günlərdə baş tutan təqdimatda raketlər ilə silahlanan “Hürkuş-HYU” modelinin ictimaiyyətə təqdim edildi, bu model də imkanlarına görə C versiyasından əlavə lazer işarələmə imkanları ilə fərqlənir. 
 
Sahil Təhlükəsizlik Komandanlığının Kəşfiyyat və Müşahidə üçün istifadə ebə biləcəyi başqa bir model də hazırlanır.
 
Hürkuş-A
 
Ailəninin baza versiyasıdır, beynəlxalq standartların tələblərinə uyğun olaraq hazırlanıb və mülki aviasiya bazarı üçün nəzərdə tutulur.
2016-cı ildə “Hürkuş-A” təlim təyyarəsi Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) tərəfindən CS-23 sertifikatl və Türkiyə Mülki Aviasiya Baş Müdirliyinin (DGCA) Sertifikatı ilə təltif edilib.
 
Hürkuş-B
 
“Hürkuş” təyyarəsinin hərbi təlim versiyası olan “Hürkuş-B”, “Hürkuş-A” baza versiyasından təxminən 100 kq yüngüldür. Avionikası və idarəetmə sistemləri mövcud hərbi pilot təlim ehtiyaclarını ödəmək üçün hazırlanıb. İnteqrasiya edilən avionika ilə inkişaf etmiş versiyanın kabinin təchizatı F-16 və F-35 qırıcılarına bənzəyir. Kokpit döyüş təyyarəsi kokpitləri kimi dizayn edilib. Bu variant 2018-ci ildə ilk sınaq uçuşunu edib. “Hürkuş-B” təyyarəsi hələ TSK-nın silahlanmasına daxil edilməyib. Lakin bu ilin martında 3 ədəd “Hürkuş-B” versiyası sınaq üçün Türkiyə Hərbi Hava Qüvvələrinə təslim edilib. Qoşun sınaqları davam edir. Bu təyyarələr təlimlə yanaşı yüngül hücum vasitəsi kimi də istifadə oluna bilir. Türkiyə HHQ-si bu modeldən 55 ədəd sifariş verib. Çatdırılma davam edir.  
 
Hürkuş-C
 
“Hürkuş” təyyarələrinin yüngül hücum və silahlı kəşfiyyat versiyası olan “Hürkuş-C” müasir döyüş meydanında asimmetrik təhdidlərə qarşı ucuz, çevik bir həll təklif edən universal platformadır.
 
Yaxın hava dəstək məqsədilə hazırlanan model, maksimum 1500 kg faydalı yük daşıya bilir, infraqırmızı (FLIR) sensorlara malik olmaqla hazırlıqsız aerodromdan havaya qalxa bilir. 
Əsasən antiterror əməliyyatlarında istifadə üçün uyğunlaşdırılıb və ixrac potensialı yüksəkdir. Əsas üstünlüyü hava vasitələri əleyhinə təhdidlərinin minimal olduğu aşağı intensivlikli döyüş teatrlarında hava əməliyyatlarının maliyyə dəyərini aşağı salmaqdan ibarətdir. 
 
“Hürkuş-C”nin terrorcularla mübarizədə ən böyük töhfəsi, hava əməliyyatlarının xərclərini azaltmaqla bərabər, kiçik çaplı əməliyyatlarda döyüş qırıcılarına olan tələbatı da azaldacaq.
Təxminən 1 ay yarım əvvəl isə “Hürkuş-C” yüngül hücum təyyarələri üçün xarici müştəri tapıldığı məlum oldu. Adı açıqlanmayan ölkəyə 12 ədəd “Hürkuş-C” təyyarələrinin tədarükü üçün razılaşma əldə edildiyi rəsmən elan edildi. Bir neçə ay əvvəl isə “Hürkuş-C” təyyarələri Konyada ROKETSAN tərəfindən hazırlanmış və müharibə zamanı “Bayrakar” TB2 zərbə PUA-sından tətbiqi ilə bizə yaxşı tanış olan MAM-L raketi ilə uğurlu atışlar həyata keçirmişdi.
 
Bu model UMTAS tank əleyhinə idarə olunan və “Cirit” tipli lazerlə idarə olunan raketlərdən istifadə edə bilir. Təyyarə RLS, elektron optik və infraqırmızı (EO / IR) kameralarla bərabər və xarici yanacaq çənləri daşıya bilir. Məqalədə təyyarənin silahlanmasına aid məlumatlar da əsasən bu versiyaya aiddir. 
 
Hürkuş-HYU
 
Bir neçə gün əvvəl şirkət tərəfindən hazırlanan “Hürkuş” təyyarələrinin yeni konfiqurasiyası ictimaiyyətə təqdim edildi. Təqdimat Konya şəhərində, Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Anatolian Phoenix-2021” təlimlərində baş tutdu. “Hürkuş-HYU” adlanan konfiqurasiya ROKETSAN istehsalı 4 ədəd MAM-L sursatları ilə təchiz edilib. “Hürkuş-HYU” hava platformaları üçün lazer işarələmə tapşırıqlarını yerinə yetirən pilotların hazırlığı üçün də istifadə ediləcək.
 
Hürjet
 
Türkiyə “Northrop” şirkətinin T-38 “Talon” təlim-döyüş təyyarələrini yerli istehsal “Hürjet” təyyarələrlə əvəz etməyi planlaşdırır. İlk uçuşu 2022-ci ildə baş tutacaq “Hürjet” Türkiyənin istehsal etdiyi ilk əsas təlim təyyarəsi olacaq. 
 
“Hürjet” istehsalı Türkiyənin ehtiyac duyduğu 70 ədədlə məhdudlaşmayacaq. Tədqiqatlar göstərir ki, təyyarənin güclü ixrac potensialı onun digər tərəfdaş ölkələrə çatdırılmasını istisna etmir.
 
Türkiyə hərbçiləri “Hürjet”i Türkiyənin F-16 amerikan qırıcıları ilə birgə təlim və sülhməramlı missiyaların həyata yetirilməsi üçün istifadə etməyi planlaşdırır. “Hürjet” antiterror əməliyyatları üçün uyğunlaşdırılıb. 
 
İndiyə qədər Türkiyənin rəsmi orqanları heç bir konkret rəqəm açıqlamayıb: proqramın inkişafına nə qədər məbləğ sərf edilib, hazır məhsulun dəyəri nə qədər olacaq və s. bilinmir. Ehtimal olaraq, təyyarənin 1.5 milyon dollar dəyərində ola biləcəyini ehtimal edə bilərik.
“Hurjet” eyni şirkət tərəfindən hazırlanan turbo vintli “Hürkuş” təlim- təyyarəsinın səsdən sürətli reaktiv modelidir. Yeni Türkiyə təyyarələrinin sürəti 1500 km/saat, uçuşlarının maksimal hündürlüyü 45 min fut (13.8 min metr) olacaq, təyyarənin döyüş yükünün toplam çəkisi isə döyüş sursatı, radar və kameralarla birlikdə 3 ton olacaq. 
İstehsal olunacaq “Hürjet” yüngül hücum funksiyası ilə kiçik çaplı əməliyyatlarda çox bahalı ağır qırıcı və bombardmançıların istifadəsini məhdudlaşdıracaq. 25 milyon dollarlıq F-16 qırıcılarına yaxın hava dəstəyi verə biləcək. Əsas döyüş-təlim təyyarə funksiyasını tamamilə öz üzərinə götürəcək.
Təyyarələrin Türkiyə Silahlı Qüvvələri ilə bərabər Azərbaycan və digər müttəfiq ölkələr tərəfindən istifadəsi gözləniləndir. Təyyarənin ön xəttdə qoşunlara havadan dəstək, sərhədlərin təhlükəsizliyi və terrorizmlə mübarizədə ciddi nəticələr göstərəcəyi şübhəsizdir.
 
Hurkus-C UAS
 
Türkiyə Silahlı Qüvvələri üçün hazırlanan “Hurkus-C UAS” terrorçulara qarşı istifadə olunacaq modelin pilotsuz versiyasıdır. Hazırda layihə konsepti inkişaf etdirilir.  
 
Sahil Təhlükəsizlik versiyası
 
Türkiyə Sahil Mühafizəsinin dəniz patrul əməliyyatları üçün TAI başqa bir versiyasını təqdim etməyi də planlaşdırır. Təyyarədə böyük ehtimalla ASELSAN istehsalı FLIR sensorundan və yüksək qətnaməli elektron optik kamaeralardan istifadə ediləcək.
 
TAI-nin digər layihələri
 
TAI şirkəti “Hürjet” təyyarələrindən başqa ANKA layihəsinin seriya istehsalının müəllifidir. “Hürkuş” artıq TSQ-yə təslim edilib və qoşun sınaqları davam edir. ATAK helikopterinin 5 tonluq versiyası da seriya istehsalındadır. 8 tonluk daha böyük bir ATAK helikopterinin layihəsinə isə konsept olaraq başlanılıb. Şirkət "Small-GEO" məlumat peykinin istehsalına hazırlaşır. Peyk 1 ton ağırlığında ve 22 ədəd transponderə - məlumat paylayan antenə sahibdir.
 
Taktiki uçuş xüsusiyyətləri
 
Heyət: 1+1;
Uzunluğu: 11.17 m;
Qanad açılımı: 9.96 m;
Hündürlüyü: 3.70 m;
Pər sayı: 5 ədəd.
Maksimum sürəti: 574 km / saat;
Kreyser sürəti: 463 km / saat;
Uçuş məsafəsi: 1,478 km;
Havada qalma müddəti: 4.25 saat;
Fəaliyyət tavanı: 10.577 m;
Dırmanma sürəti: 22 m / s.
 
Silahlanması
 
12.7 mm və 20 mm-lik toplar; 
“Cirit”, UMTAS raketləri;
Mk-81, Mk-82, HGK-3 (82), KGK-82, BDU33 bombaları və MK106 təlim sursatları. 
 
Nəticə
 
Bəzi mütəxəssislər Türkiyənin aviasiya mühərrik inşası ilə bağlı problemləri olduğunu qabartmağa çalışırlar. Bir çox böyük aviasiya, gəmi və ağır ziehli texnika istehsalçıları konkret model üçün uyğun göstəricilərə malik mühhərikləri çox qısa zamanda və daha uyğun qiymətə əldə edə bilirlər. Çünki mühərrik istehsalı üçün proqram hazırlamaq, onun inkişaf perspektivlərini araşdırmaq, əlaqələndirmək, istehsal prosesini yaratmaq, sınaq illərini gözləmək və tətbiq etmək ən yaxşı halda 10-15 il çəkə bilər. Digər tərəfdən proqramın dəyəri istehsal olunacaq detalların dəyərini azı 2-3 dəfə artırır. Buna görə də qısa müddətdə yeni silah və ya digər sistemin əldə olunması üçün konsepsiyanı təyin edərək, uyğun detal və sillahları hazır variantda yerli şirkətlərdən, olmadıqda xaricdən almaq ən sərfəli variantdır. Mühərrik Çindən, Pakistandan, Ukraynadan və s. əldə edilə bilər. Hazırda Türkiyə Ukraynadan kifayət qədər geniş çeşiddə aviasiya mühərrikləri idxal etməklə bərabər yerli mühərriklərini də inkişaf etdirir. Onlardan bəzilərinin artıq sınaqları keçirilir. 
Ümumilikdə Türkiyənin pilotlu və pilotsuz aviasiya sahəsində heç bir ölkənin əldə etmədiyi yüksək inkişaf templəri əldə edib. Cəmi bir neçə il əvvəl təyyarə, helikopter və PUA idxal edən Türkiyə hazırda eyni vasitələri ixrac edən ölkəyə çevrilib. Pilotsuz vasitə növlərinin bütün assortimentini, həm də süni zəka tətbiqi ilə həyata keçirilməsi, Türkiyənin bu sahədə ilk dördlükdə yer almasına və aviasiya bazarının əsas oyunçularından birinə çevrilməsinə çevirib. Qardaş ölkənin əldə etdiyi nailiyyətlər Azərbaycan Silahlı Qüvvələrinin təchizatında müsbət dəyişiklərə səbəb olmaqla bərabər müdafiə sənayesi sahəsində birgə layihələrin sayının artmasına və bu layihələrin azad olunan ərazilərdə həyata keçirilməsinə münbit şərait yaradıb.
 
Hərbi ekspert Ədalət Verdiyev
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
Hamısı