Ermənistan parlamentində kadr təyinatları davam edir.
EDNews.net Modern.az-a istinadən xəbər verir ki, “Vətəndaş müqaviləsi” fraksiyası 2 namizəd irəli sürüb. Onlardan biri keçən parlamentdə xarici əlaqələr komissiyasına başçılıq edən Ruben Rubinyan, digəri isə eks-yüksək texnologiyalar naziri Akop Arşakyandır.
Daha bir vitse-spiker postunu isə müxalif “Ermənistan” blokunun üzvü, daşnak İşxan Saqatelyan tutacaq.