Üç ölkə Çinə qarşı "təhlükəsizlik ortaqlığı" yaratdı | Eurasia Diary - ednews.net

20 Oktyabr, Çərşənbə

Üç ölkə Çinə qarşı "təhlükəsizlik ortaqlığı" yaratdı

Dünya A- A A+

İngiltərənin Baş naziri Boris Conson, ABŞ Prezidenti Co Bayden və Avstraliyanın Baş naziri Skott Morrison, üç ölkənin adlarının İngilis dilində qısaltması olan "Aukus" (A+UK+US) adlı yeni bir təhlükəsizlik ortaqlığının başladığını elan ediblər. 

EDNews.net Unikal.org-a istinadən xəbər verir ki, bu ölkələr Avstraliya Kral Donanmasının nüvə enerjisi ilə işləyən sualtı gəmiləri əldə etməsinə dəstək və imkan verəcək. 

Avstraliyaya məxsus olacaq nüvə enerjili sualtı gəmilərin Hind-Sakit okeandakı sabitliyi dəstəkləyəcəyi və bu ölkələrin ortaq dəyərləri və maraqlarını dəstəkləmək üçün istifadə ediləcəyi bildirilib.

Birgə bəyanatda Hind-Sakit okeanında "həll edilməmiş ərazi mübahisələri, terror təhdidləri və mütəşəkkil cinayətkarlıq da daxil olmaqla, ehtimal olunan nöqtələrə malik bir bölgə" olaraq xarakterizə edilib. 

Məsələyə münasibət bildirən İngiltərə Baş naziri Johnson, müqavilənin "təbii müttəfiqlər" arasında bağlandığını, həmçinin sözügedən müqavilənin bu 3 dövləti daha da yaxınlaşdıracağını qeyd edib: 

"Bu tərəfdaşlıq, maraqlarımızı müdafiə etmək və hüquqlarımızı qorumaq üçün getdikcə daha həyati əhəmiyyət kəsb edəcək".

Bu ölkələr, həm də Çinin Hind-Sakit okean bölgəsində artan hərbi varlığının qarşısını almaq üçün bu müqaviləni həyati əhəmiyyətli hesab edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...