Türkiyənin “Bayraktar TB2” zərbə PUA-ları Ukrayna ərazisində istehsal ediləcək.
EDNews.net xəbər verir ki, bu barədə BMT-nin 76-cı Baş Assambleyası çərçivəsində Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba məlumat verib.
Türkiyə ilə Ukrayna arasındakı əlaqələrin yaxşı olacağını vurğulayan Kuleba “Bayraktar TB2” üçün Ukrayna ərazisində obyekt qurulacağını açıqlayıb.
Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında BMT-nin 76-cı Baş Assambleyası çərçivəsində keçirilən görüşün məzmunu müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq mövzusunda oub.
“Bildiyiniz kimi, ölkələrimiz arasında bir çox iddialı layihələr var. Bunlara həm PUA, həm də Ukrayna Donanması üçün gəmilərin istehsalı daxildir”, - deyə o qeyd edib.
Xatırladaq ki, “Baykar” şirkətinin rəsmisi Haluk Bayraktar təxminən bir həftə əvvəl Ukraynaya səfər edib. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, o, Ukraynanın Müdafiə naziri Andriy Taran ilə görüşüb.