Saakaşvilinin telefonundan video tapıldı - "Məni oğurlayıblar..." - ednews.net

5 Dekabr,

Saakaşvilinin telefonundan video tapıldı - "Məni oğurlayıblar..."

Dünya A- A A+

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili, yük avtomobili ilə sərhəddən keçərkən, özünü videoya çəkib. Gürcüstanın “İmedi” telekanalı Saakaşvilinin həbsindən sonra telefonundakı bu kadrları yayıb.

Siyasətçi qaçırıldığını iddia edir və bunun arxasında hansı ölkənin xüsusi xidmət orqanlarının dayandığını bilmədiyini vurğulayır. Süjetdə deyilir ki, Saakaşvili, çox güman ki, Gürcüstana gələ bilməyəcəyi təqdirdə bu videonu üzə çıxaracaqdı.

Xatırladaq ki, oktyabrın 1-də Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bu ölkədə saxlanılıb. O, Gürcüstanda daxili axtarışa verilib və ona qarşı bir neçə cinayət işi başlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...