Bu çox güman ki, Ukraynaya hücuma zəmin hazırlamaqdır Putin ABŞ və NATO-ya ultimatum verdi

Dünya 12:28 15.12.2021

Rusiya prezidenti Vladimir Putin Ukrayna ətrafında gərginliyin artdığı bir vaxtda Birləşmiş Ştatları və NATO-nu Moskvaya təhlükəsizlik qarantiyalarının verilməsi barədə “dərhal danışıqlara” çağırıb. Kremlin verdiyi məlumata görə Putin bu tələbini dekabrın 14-də finlandiyalı və fransalı həmkarları ilə telefon söhbətləri zamanı bir daha səsləndirib.

Qeyd edək ki, son həftələrdə Ukrayna və onun Qərb dəstəkçiləri Rusiyanı Ukrayna ilə sərhəddə çox sayda qoşun və hərbi texnika cəmləşdirməkdə ittiham ediblər. Onlar bildirirlər ki, bu, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə hazırlıq ola bilər. Rusiya rəsmiləri Moskvanın Ukraynaya hücum niyyəti olduğuna dair iddiaları rədd edirlər və əksinə yaranmış gərginliyə görə Ukraynanı günahlandırırlar. Rusiya habelə bildirir ki, o öz qoşunlarını öz ərazisinin istədiyi hissəsində cəmləşdirmək hüququna malikdir.

Dekabrın 14-də Finlandiya prezidenti Sauli Niinisto ilə söhbətində Putin deyib ki, ölkəsinin təhlükəsizliyi üçün “ona beynəlxalq hüquqi qarantiyaların verilməsi məqsədilə Birləşmiş Ştatlar və NATO ilə dərhal danışıqlara başlanmasına ehtiyac var”. Kreml bildirir ki, eyni gündə Putin fransalı həmkarı Emmanuel Makronla telefon söhbətində NATO-nun şərqə doğru genişlənməsinin qarşısının alınması üçün Qərb ölkələri ilə təcili danışıqlar istədiyini bildirib.

Kremlin verdiyi məlumata görə, Putin NATO-nun şərqə doğru genişlənməsinin və Rusiyaya qonşu ölkələrdə, ilk növbədə Ukraynada Rusiyanı hədələyən silahların yerləşdirilməsinin qarşısının alınması üçün hüquqi baxımdan təsdiqlənmiş qarantiyaları verəcək beynəlxalq danışıqlarını əhəmiyyətini vurğulayıb.

Putin buna bənzər tələbləri ABŞ prezidenti Co Baydenlə ötən həftə keçirilən virtual danışıqlarında da, dekabrın 13-də Britaniya baş naziri Boris Consonla telefon söhbətində də səsləndirmişdi. Avropa İttifaqının xarici işlər nazirləri Rusiyanın Ukraynaya təcavüzü təqdirində Moskva üzərinə qoyulacaq sanksiyaları koordinasiya etmək üçün dekabrın 13-də Brüsseldə görüşüblər.

Aİ bundan əvvəl Rusiyanın üzərinə Moskvanın Krım yarımadasını ilhaq etməsinə və Ukraynanın şərqində gedən separatçı münaqişəni qızışdırdığına görə Rusiyanın üzərinə bir neçə dövrə sanksiyalar elan edib. Rusiya ilə 1340 kilometrlik sərhədi olan Finlandiya NATO üzvü deyil, lakin son illərdə, ABŞ-la, habelə qonşuları İsveç və Norveçlə ikitərəfli müdafiə və hərbi əməkdaşlığını gücləndirib.

Ötən həftə Finlandiya köhnəlməkdə olan hərbi donanma parkını təzələmək məqsədilə ABŞ istehsalı olan F-35 qırıcılarının alınması üçün 10 milyard avroluq müqavilə imzalayıb. Bu, Finlandiya tarixində ən bahalı hərbi alqı sayılır.

Putin NATO-nun şərqə doğru genişlənməsinin dayandırılmalı olduğunu bundan əvvəl ABŞ prezidenti Cozef Baydenlə xüsusi videoəlaqə formatında apardığı danışıqlarda da bildirib. Və bunun üçün yazılı təminat istəyib. Lakin ABŞ Dövlət Departamenti dərhal bəyan edib ki, NATO açıq qapı siyasəti yürütməkdə davam edəcək və belə təminatın verilməsindən söhbət gedə bilməz.

Analitiklərə görə, Rusiyanın Ukraynanı öz sıralarına qəbul etməyə hazırlaşdığı, yaxud alyansın bu ölkə ərazisində hərbi iştirakını genişləndirdiyi barədə təbliğatı boş yerə deyil. Bu, Ukraynaya yeni hərbi müdaxilə üçün siyasi zəmin hazırlamaq məqsədi güdür. İndiki halda ABŞ və NATO-nun Putinin bəyan etdiyi kimi, Moskva ilə “dərhal danışıqlara başlamaqdan” imtina etməsi isə Kreml tərəfindən Ukraynaya mümkün hərbi müdaxiləyə əsas kimi istifadə edilə bilər.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
Hamısı