Rusiyanın pop ulduzu Nərgiz Zakirova ölkəyə buraxılmadı.
Ednews xəbər verir ki, dünən gecə Daşkənddən Moskvaya uçan müğənni sənədləri ilə bağlı problemlərə görə Domodedovo hava limanında saxlanılıb.
Zakirovaya ölkəyə giriş qadağan edilib, nəticədə o, hava limanında gecələməli olub, səhəri isə Özbəkistana qayıdıb.
Xatırladaq ki, sənətçi Rusiyayla Ukrayna arasında gedən müharibə ilə bağlı tənqidi fikirlər səsləndirərək Kremlin Ukraynaya hücumunu pisləyib.